"Ümumilikdə, oyundan və nəticədən razıyam. Amma düşünürəm ki, müəyyən epizodlarda daha dəqiq oynasaydıq, qələbə də qazana bilərdik". Fanat.az xəbər verir ki, bu sözləri millimizlə oyundan sonra 19 yaşadək futbolçulardan ibarət Yunanıstan yığmasının baş məşqçisi Teodoros Paxaturidis deyib.
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə millimizlə bu gün keçirilmiş oyundan (1:1) sonra yununların çalışdırıcısı fikirlərini bildirib: "Fasilədən sonra taktiki baxımdan bəzi dəyişikliklər etdik. Çünki birinci hissənin başa çatmasına bir neçə dəqiqə qalmış qol buraxmışdıq. Dəyişiklər xeyrimizə oldu. Turnirdə əsas məqsədimiz futbolçuların hazırlıq səviyyəsini müəyyənləşdirməkdi".
Fanat.az