"Azərbaycanın I divizionunda oynamaq istəmirəm"

"Azərbaycanın I divizionunda oynamaq istəmirəm"
"Mənim hələ də "Rəvan"la müqaviləm var". Fanat.az xəbər verir ki, bu sözləri qışda "Rəvan"a transfer olunan Kamil Kopunek deyib.
Slovakiyalı yarımmüdafiəçi Azərbaycanın I divizionunda oynamaq istəmədiyini bildirib: "I divizionda oynamaq istəmədim. Vətənə qayıtmağı istisna etmirəm. Baxaq, görək hər şey necə alınacaq".
Qeyd edək ki, Slovkiya yığmasının sabiq üzvü qışda "Slovan"dan (Bratislava) "Rəvan"a keçmişdi. O, ölkəmizdə 14 oyuna çıxıb və 1074 dəqiqə oynayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər