"Azərbaycanda yaxşı legionerlər var. Lakin onlar karyeralarını İspaniya klublarında davam etdirəcək gücdə deyillər". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın oyunçusu Alvaro Silva deyib.
İspaniya mətbuatına danışan ispan futbolçu bəzi klublarımızın Sequndada oynaya biləcək səviyyədə olduğunu deyib: "Azərbaycanda Mario Alvarez, Ruben Qonzales kimi İspaniya Primerasında oynamış yaxşı futbolçular da var. Lakin legioner limitinin olması ümumi səviyyəni aşağı salır. Çünki hər komanda 4 yerli futbolçu oynatmağa məcburdur. Düşünürəm ki, Azərbaycanın 5-6 klubu İspaniya çempionatının II liqasında - Sequndada oynaya bilər".
Silva hələ İspaniyaya dönmək niyyətində olmadığını deyib: "Hələ vətənə qayıtmaq istəmirəm. Daha 3-4 il xarici klublarda çıxış etmək, başqa çempionatlarla, fərqli mədəniyyətlərlə tanış olmaq fikrindəyəm”.
Fanat.az