"Azərbaycanı ancaq "Eurovision"dan tanıyırıq"

"Azərbaycanı ancaq "Eurovision"dan tanıyırıq"
"Hər şey bizim ev oyununda yaxşı nəticə göstərməyimizdən asılıdı. "Qarabağ"ın çox güclü olması hər kəsə məlumdu. Ancaq heç də hər vaxt statistikada güclü olan komanda qalib gəlmir. Hər halda maraqlı oyun gözləyirik. İlk dəfədi Azərbaycan komandası ilə görüşəcəyik". Fanat.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Valletta"nın prezidenti Viktor Skiriha deyib.
"Eunews.az"a danışan Malta klubunun rəhbəri ölkəsində Azərbaycan haqqında elə də çox məlumatın olmadığını deyib: "Biz Azərbaycanı ancaq televiziya reklamlarından, "Eurovision" müsabiqələrindən tanıyırıq. Son zamanlar Azərbaycan Maltada daha çox tanınmağa başlayıb.Çünki sizin enerji şirkətiniz Maltanın yeni elektrik stansiyasını enerji ilə təchiz edəcək. Bircə onu bilirik ki, Qarabağ mənşəli olduğuna və regiondakı vəziyyətə görə rəqibimizə Azərbaycanda dəstək böyükdü. Bu o deməkdi ki, çılğın yerli azarkeşlərin səs-küyü şəraitində oyun çox maraqlı keçəcək. Biz oyunu və Azərbaycan haqqında yeni məlumatlar əldə etməyi səbirsizliklə gözləyirik".
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər