21 yaşadək futbolçulardan ibarət İsrail yığmasının baş məşqçisi Mixael Nees millimizlə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, rəqib çalışdırıcı komandamızın 3:0 hesablı qələbəsini şərh edib:
"Azərbaycan yığması bu gün yaxşı oynadı. İlk oyunla müqayisədə bu gün onlar əla təsir bağışladılar, əvvəlki oyunlarda belə çıxış etmirdilər. Amma bu dəfə fərqli oyun sərgilədilər. Ola bilər, komandam bir qədər arxayın idi. Lakin biz Azərbaycandan belə oyun gözləmirdik. Hər iki komanda bir-birini çox yaxşı tanyırdı. Etiraf edim ki, futbolçularım potensiallarından zəif çıxış etdilər. Bir neçə epizodda bəxtimiz gətirmədi”.
Fanat.az