“Aziz Yıldırım da başda olmaqla, kimsə mənə “get” demədiyi halda, “oynamadığım komandada qalmaq istəmərəm” söylədim. Erkən ruhdan düşdüm. Hə, sonrası peşmanlıq və üzüntü oldu. Nə etmək olar, iş işdən keçmişdi. Artıq gec idi”. Fanat.az xəbər verir ki, bu sözləri “Fənərbaxça”nın sabiq futbolçusu Gökhan Əmrəciksin deyib.
O, iyunun 16-da PTT liqasında çıxış edən “Boluspor”la 1 illik müqavilə bağlasa da, qış fasiləsində bu komandadan ayrılıb və hazırda gələn təklifləri dəyərləndirməklə məşğuldu: “Fənərbaxça”dan ayrılıb bir neçə komandada oynadıqdan sonra başa qayıtdım. Bu mövsüm futbola başladığım klub olan “Boluspor”la anlaşdım. Təbii, bu durum adamın əhvalına çox pis təsir edir. Amma ümidimi itirməmişəm. Qətər və ya Azərbaycandan gələn bəzi təkliflər var. Onları dəyərləndirirəm”.
Qeyd edək ki, Gökhan “Boluspor”, “Ankaragücü”, “Fənərbaxça”dan başqa, Türkiyədə “Bandırmaspor”, “Kayserispor”, “Manisaspor”, “Konyaspor”, “Elazığspor” və “Göztəpə” klublarında top qovub.
Fanat.az