"Azərbaycanda yaxşı texnikalı futbolçular var"

"Azərbaycanda yaxşı texnikalı futbolçular var"
"Yuri Syomin dünya səviyyəli mütəxəssisdi. Özünün bütün peşəkar keyfiyyətlərindən savayı, o, anlaşıqlı, xeyirxah adamdı. Bütün karyeram ərzində onunla isti münasibətlərim qalır. Syomin "Qəbələ"nin tarixinə komandanı ilk dəfə avrokuboklara çıxarmış şəxs kimi düşüb. Bu, çox şeyi deyir". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin sabiq üzvü Marat İzmayılov deyib.
Ulduz futbolçu Rusiya və Azərbaycan çempionatlarının səviyyəsi barədə danışıb: "Niyə günaha batım, Rusiyada səviyyə daha yüksəkdi. Azərbaycanda yaxşı texnikalı futbolçular var. Düzdü, müasir futbol kompleks yanaşmada qurulur: fiziki hazırlıq, oyunun təşkili və s. Burada bəzi komponentlər bir o qədər inkişaf etməyib. Ncaq ölkə düzgün istiqamətdə hərəkət edir, futbol burada fəal surətdə inkişaf edir".
Syomin azarkeşlərlə münasibətlərinin əla olduğunu bildirib: "Burada əla pərəstişkarlar var. Onlar həm məni və həm də komandanı dəstəkləyirdilər. Ev oyunlarında stadion demək olar ki, dolu olurdu. İndi klub daha tutumlu yeni arena tikir. Ancaq Avropa Liqasının qarşıdakı oyunlarını “Qəbələ” hələ Bakıda keçirəcək".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər