"Azərbaycanda xərclənən pullar özünü göstərdi"

"Azərbaycanda xərclənən pullar özünü göstərdi"
"İnter" Azərbaycanın aparıcı klublarındandı. Həmişə yüksək yerlər uğrunda mübarizə aparır". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in sabiq futbolçusu Petar Zlatinov deyib.
Vətənində açıqlama verən bolqar futbolçu "İnter"dəki karyerasından danışıb: "5 il yarım çıxış etdiyim ölkədə iki dəfə çempion olduq. Sübut etdik ki, hamıdan güclüyük. Lakin çox üzücüdü ki, kuboku qazana bilmədik. 4 dəfə finala yüksələn komanda heç vaxt qalib gəlməyib. Hər dəfə komandamıza nəsə mane olub". 
Zlatinov həmkarlarımıza futbolumuzla bağlı da məlumat verib: "Mən Azərbaycana gedəndə orada heç də hər şey mükəmməl deyildi. Amma ildən-ilə xərclənən pullar özünü göstərdi. Orada futbol inkişafdadı. Kimsə bunun belə olmadığını iddia edirsə, ağ yalandı. Əgər Berti Foqts və Toni Adams kimi insanlar bu ölkədə çalışmağa gedirsə, daha nə deyəsən... Azərbaycanda “Tək futbol yox, ümumiyyətlə idman inkişaf edir. Görün, nə qədər bolqar mütəxəssis və idmançı bu ölkəyə gedib. Beş ağırlıqqaldıranımız və baş məşqçiləri Zlatan Vanev, güləş məşqçisi Simeon Şterev və başqaları... İnsanların bu istiqamətə üz tutmasına da təəccüblənmək lazım deyil”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər