"Azərbaycanda Qazaxıstandan çox pul verirlər" - MÜSAHİBƏ

"Azərbaycanda Qazaxıstandan çox pul verirlər" - MÜSAHİBƏ
AZAL-ın hücumçusu Nedo Turkoviç Qazaxıstan mətbuatına müsahibə verib. Müsahibəni təqdim edirik.
- Yeni komandanda işlərin haqda danışardın...  
- Dörd qol vurub bir neçə qol ötürməsi etmişəm. Burada çempionat yaxşıdı. Bakı isə gözəl şəhərdi. Komandam qarşıdakı mövsümdən ilk dördlük uğrunda mübarizəyə cəhd edəcək. Komandamla müqaviləm hələ iki il qüvvədə olacaq. Görək, gələcək nə göstərəcək.
- Azərbaycandan gözlədiyin bunlar idi? Orada qol vurmaq, deyəsən, daha asandı...
- Xeyr, burada qol vurmaq elə də asan deyil. Sadəcə, Qazaxıstanla müqayisədə, Azərbaycan çempionatına tez uyğunlaşdım. İndi hər iki ölkə futboluna öyrəşmişəm. Qazaxıstana qayıtmağı çox istərdim. Bunu bacaracağıma inanıram.
- Azərbaycana uyğunlaşdığın müddətdə başına gəlmiş ən maraqlı məqamları bölüşərdin...
- Bakıda Serbiya, Bosniya və Xorvatiyadan çoxlu oyunçu var. Hamımız bir yerdə vaxt keçiririk və mən özümü evdəki kimi hiss edirəm. Ancaq mən yarım il “Akjayik”da oynamışam və qabaqcadan, bu ölkələrdə necə oynamaq təcrübəm vardı.
- Nedo, Qazaxıstan futbolu haqda nə fikridəsən? Sənin üçün bizdə necə idi?
- Düşünürəm ki, Qazaxıstan futbolu inkişafdadı və ildən-ilə daha da yaxşı olur. Əslində, düşünürəm ki, ölkəniz də o cümlədən, daha yaxşı olur.
- Azərbaycan və Qazaxıstan futbolunun əsas fərqləri hansılardı?
- Təyyarədə uçuşlar (gülür!). Burada komandalar bir-birinə yaxın yerləşib. Futbol fərqlənirmi? Hmmm... Düşünürəm ki, futbol eynidi. Ancaq burada nəticəyə görə daha çox haqq verilir.
- Özünü Uralskda necə hiss edirdin? Nə üçün Azərbaycanda daha tez-tez qol vurmağa başladın?
- Mənim Uralsk komandasına keçidim sürətli oldu və “Akjayık”da artıq iki məşqdən sonra oynamağa başladım. Mən komanda ilə birgə hazırlıq keçməmişdim. Burada isə komanda ilə birgə kifayət qədər hazırlıqdan sonra qol vurmağa başladım.
- Demək, Qazaxıstana qayıtmağın əleyhinə deyilsən...
- Bəli. Nə üçün də yox? Ancaq əvvəl görüm, Azərbaycanda işlərim necə gedəcək.
- Orada hansı dildə danışırsan?
- Rus dilini öyrənirəm. İngilis dilini isə bura gəlməzdən əvvəl bilirdim. Ancaq mənim burada ölkəmizdən olan çoxlu dostlarım var.
- Qazaxıstanda az qol vurmağının səbəbi komanda ilə birgə mövsümqabağı hazırlıq keçməməyin idi?
- Məhz belədi.
- Yaxşısı budu, de ki, Azərbaycanda futbol qapıları böyükdü?
- Bəli, ola bilər (gülür).
- Bax, sən Azərbaycan futbolunun sirrini açdın...
- Mən bunu etməli idim. Bu, mənim tərəfimdən düzgündü.
- Azərbaycanda nə bizdən yaxşıdı və ya nə pisdi?
- Yaxşı insanlar var. Şəhər və hava da əladı. Ancaq Bakı çox bahalı şəhərdi...
- Məsələn, çörək və benzinin qiyməti nə qədərdi?
- Benzinin qiyməti Qazaxıstandakı kimidi. 
- Bəs bahalı olan nədi?
- Adi şeylər - qəhvə və geyim.
- Azərbaycan çempionatında sənin statistiki göstəricilərin necədi?
- 11 oyunda 4 qol və 3 qol ötürməsi.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər