"Mən "İnter"də ömrüm boyu xatırlayacağım bir neçə il keçirdim. Azərbaycanda hər şey xoşuma gəlirdi. Klub haqqında da eyni sözləri deyə bilərəm. Burada mən çox şeyi öyrəndim". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"dən ayrılan Daniel Genov deyib
Bolqar futbolçu yeni klubunun adını tezliklə dəqiqləşdirəcəyini bildirib: "İnter"də unudulmayan illər keçirdim. Bu klub mənə çox şey verdi və ayrılmaq elə də asan olmadı. Hazırda karyeramı davam etdirmək üçün bir neçə variantım var. Hansı klubda çıxış edəcəyim barədə hələlik qərar qəbul etməmişəm, ancaq tezliklə hər şey müəyyənləşəcək".
Fanat.az