"Azərbaycanda futbol Makedoniyadakından üstündü"

"Azərbaycanda futbol Makedoniyadakından üstündü"
"Xəzər Lənkəran"la müqavilə imzaladığıma görə çox xoşbəxtəm. Bunu ona görə deyirəm ki, "Xəzər Lənkəran" çox yaxşı komandadı. Hər şey çox yaxşı təşkil olunub. Gözlədiklərimdən daha çoxunun şahidi oldum". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın futbolçusu Deyan Blajevski deyib.
Makedoniyalı futbolçu vətənində müsahibə verib. Deyan Azərbaycan və Makedoniya futbolunu müqayisə edib: "Azərbaycanda keyfiyyət və səviyyə daha yüksəkdi. Çünki, burada çox maddi vəsait ayrılır. Peşəkar legionerlər cəlb olunub. Buna görə də, hesab edirəm ki, Azərbaycan futbolu çox üstündü".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər