"Azərbaycanda Avropa klublarının diqqətini cəlb edə bilərəm"

"Azərbaycanda Avropa klublarının diqqətini cəlb edə bilərəm"

"Başa düşə bilmirəm ki, insanlar niyə mənim vətəndən uzaqda oynayacağım halda yığmanın qapılarının üzümə qapanacağını düşünürlər. "İnter"də çıxış etməyim mənə həm də avrokuboklarda iştirak etməyə imkan verəcək. Mən də bu imkandan yararlanmaq istəyirəm". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in yeni futbolçusu Dieqo Madriqal deyib.

Kosta Rika yığmasının üzvü ölkəmizdə yaxşı oynayaraq Avropaya gedə biləcəyini bildirib: "Rendall Brenesin Azərbaycanda üzləşdiyi uğursuzluqdan çəkinmirəm. Burda özümü yaxşı göstərməklə, Avropa klublarının diqqətini cəlb edə bilərəm. Məsələn, "İnter" sonuncu dəfə bu turnirdə Norveçin “Tromsö” klubuna qarşı oynayıb".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər