"Yığmada futbolçuların əksəriyyəti almanca danışır. Onların mənim bura öyrəşməyimə çox köməyi olacaq. Təəssüf ki, Azərbaycan dilində heç nə bilmirəm". Fanat.az xəbər verir ki, bu sözləri millimizin üzvü Dmitri Nazarov deyib.
Yığmanın toplanışına qatılan qazaxıstanlı futbolçu Azərbaycanla bağlılığının olduğunu deyib: "Babam azərbaycanlı olub. Bunu mənə nənəm deyib. Ancaq babamın hansı bölgədən olduğunu bilmirəm. Təəssüflər olsun ki, indi yaşamır".
Fanat.az