"Azərbaycan üzərində qələbə qazanmalıyıq"

"Azərbaycan üzərində qələbə qazanmalıyıq"
"Ötən təsnifat mərhələsində çoxları bizim favoritlərlə başa-baş mübarizə aparacağımıza inanmırdı. Onların arasında İtaliya yığması da var idi. Son iki tur qalmış biz qrup ikincisi idik. Ancaq sonra, şansımızı qaçırdıq. İndiki qrup da belə çətindir. Ancaq hesab edirəm ki, nəticə bizim üçün bu dəfə başqa olacaq". Fanat.az xəbər verir ki, bu sözləri Bolqarıstan yığmasının kapitanı İvelin Popov deyib.
Futbolçu AVRO-2016-nın seçmə mərhələsinin H qrupu ilə bağlı fikirlərini bildirib: "Təsnifata yaxşı başlamaq vacibdi. İlk oyunda Azərbaycan yığması üzərində səfərdə, sentyabrın 9-da qələbə qazanmalıyıq. Bu uğur Xorvatiya və Norveç yığmalarına qarşı keçiriləcək sonrakı iki oyuna yaxşı köklənməyə kömək edəcək. Təsnifat mərhələsinin başlanmasına hələlik yarım il var. Həmçinin, İtaliya və Xorvatiya yığmalarının DÇ-də çıxışına baxmaq lazımdır. Sonra rəqibləri təhlil etmək gərəkdi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər