"Xəzər Lənkəran" Azərbaycan futbolu tarixidə ən gurultulu müqavilələrdən birinə imza atıb. Türk dünyasının ən məşhur simalarından biri ilə müqavilə imzaladıq". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
"Xəzər Lənkəran" bu gün yeni baş məşqçisi Mustafa Dənizlini ictimaiyyətə təqdim edib. "Alov Qüllələri"ndə keçirilən mərasimdə çıxış edən Nadirov yeni çalışdırıcının təqdimata ehtiyacının olmadığını bildirib: "İndi Mustafa Dənizli bizim uğurlarımız üçün çalışacaq. O, Türkiyənin ən yaxşı klubları ilə işləyib, qələbələr qazanıb. Dənizli Türkiyənin 3 böyük klubu ilə çempionluq yaşayıb. Hətta deyərdim ki, bu şərəfə nail olan yeganə türkiyəli mütəxəssisdi. Azərbaycan futbolunda belə bir adam böyük hadisədi. Onun təqdimata ehtiyacı yoxdu. Böyük klublarla çempion olmuş məşqçi ilə işləyəcəyik. Bu, “Xəzər Lənkəran” tarixinin ən böyük müqavilələrindən biridi".
Fanat.az