"Azərbaycan kifayət qədər qeyri-münasib rəqibdi"

"Azərbaycan kifayət qədər qeyri-münasib rəqibdi"
"Bizi heç də adi olmayan seçmə mərhələ gözləyir. İtaliyalılar son dünya çempionatında oynayıblar, bolqarlar pley-offun bir addımlığında dayanıblar, Norveçin yenilənmiş komandası var, Azərbaycan kifayət qədər qeyri-münasib rəqibdi". Fanat.az xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç deyib.
AVRO-2016-nın seçmə mərhələsindəki rəqibinin baş məşqçisi qrupun çətin olduğunu desə də, nikbindi: "Bütün bunlara baxmayaraq, hədəfimiz Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqdı. Gələcəyə nikbin yanaşırıq. Kəşfiyyatçılarımız rəqib komandaların oyunlarını izləyiblər. Ümid edirəm ki, komandadakı gənc və təcrübəli futbolçuların sintezindən düzgün yararlanıb istəyimizə çata biləcəyik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər