"Azərbaycan 40 avroya 3 nəfərə yaxşı yeyib-içmək olar" - MÜSAHİBƏ

"Azərbaycan 40 avroya 3 nəfərə yaxşı yeyib-içmək olar" - MÜSAHİBƏ

"Rabitə"nin voleybolçusu Dora Horvat vətəni Macarıstanda müsahibə verib. Fanat.az həmin müsahibəni təqdim edir:

 

- 1 il öncə Bakı klubuna keçidiniz necə baş tutdu?

 - Təklif "Rabitə" klubundan gəldi. Onlar məni öz heyətlərində görmək istəyirdi. Bu klub Avropanın ən güclüllərindən olduğundan düşünmədən razılıq verdim.

 

- Azərbaycan haqda fikirləriniz necədir?

- Bakıda yaşadığımdan yalnız bu şəhər haqda danışa bilərəm. Çünki Azərbaycanın digər yerlərində olmamışam. Bakı inkişaf etməkdə olan çox gözəl şəhərdir. Paytaxtın köhnə hissəsini qoruyub saxlayıblar. Bakıda o qədər yeni layihələr, parklar, binalar var ki, hətta dənizkənarı bulvarı da uzadırlar. Bir sözlə, hər şey cəlbedicidir.

 

- Bakıda gününüz necə keçir?

- Darıxmağa vaxtım olmur. Gündə iki dəfə məşq edirik vaxtımız olan kimi müxtəlif parklarda və bulvarda gəzməyə çıxır, ya da komanda yoldaşlarımızla bir araya gəlirdik.

 

- Şəhərdə nə ilə hərəkət edirdiz?

- İctimai nəqliyyatdan və metrodan istifadə edirəm. Lazım gələndə taksiyə də minirəm. Onu da deyim ki, Bakıda taksi çox ucuzdur. Məşqə gedəndə isə avtobusla gedirəm.

 

- Budapeştə necə qayıtdız?

- Bakıdan İstanbula uçuram. Ordan da Budapeştə.

 

- Komanda yoldaşlarınızla gününüzü necə keçirirsiniz?

- Kollektivimiz çox mehribandır. Bir yerə yığışıb televiziyada şouları izləyir, bəzi maraqlı oyunlar oynayırdıq.

 

- Axşam gəzintisi də olurdu?

- Şam yeməyini çox vaxt ənənəvi məkanımızda yeyirik.

 

- Azərbaycan mətbəxi haqda nə deyə bilərsiniz?

- Türkiyə mətbəxinə çox oxşayır. Kabablar, salatlar. Onları hətta yavan da yemək olur.

 

- Azərbaycan mətbəxindən ən çox hansı yeməyi xoşlayırsınız?

- Plovu. Düyüdən hazırlanır, amma üzərinə ət, meyvə qurusu və kişmiş də əlavə edilir. 

 

- Azərbaycanda 1 litr su neçəyədir?

- 1 avroya 5 litrlik qabda su almaq olur.

- Bəs pendir?

- Bunu 1,60 avroya alırdım.

 

- 2 nəfərlik şam yeməyi neçəyə başa gəlir?

- Azərbaycan restoranlarında 40 avro ödəyib 3 nəfərə yaxşı yeyib-içmək olar.

 

- Çempionlar Liqasında hədəfiniz məhz “Dördlər finalı”nda oynamaq idi?

- Yox. Biz sadəcə iştirak deyil, kuboku qazanmalı idik. Qızıl medal istəyirdik. Ola bilsin ki, komanda üçün üçüncü yer üzüntüdür. Amma mənim üçün bu da sevindiricidir.

 

- Qələbə üçün nə çatmadı?

- Texniki cəhətdən güclü idik. Lakin lazımı dərəcədə özümüzü göstərə bilmədik.

 

- “Rabitə”də ən yaxın rəfiqəniz kimdir?

- Adətən qızlar yaxın millətlərlə daha tez ünsiyyət qururlar. Mən avstraliyalı Reyçel Rurkla daha yaxınam.

 

- Artıq yeni titulunuz da var...

- Bəli, “Rabitə” mövsümü uğurla başa vurdu. Komandanın titulunu qorumasında bütün gücümüzü qoyduq və növbəti Azərbaycan çempionluğunu bayram etdik.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər