"Axı biz Azərbaycanı məğlub etdik!"

"Axı biz Azərbaycanı məğlub etdik!"

"Ximki Arena"da baş tutan Rusiya - Azərbaycan görüşündən sonra rusiyalı azarkeşlər fikirlərini yerli idman portllarında bölüşüblər. Fanat.az xəbər verir ki, 4:0 hesablı qələbədən sonra rus fanatlar ironik açıqlamalarla yadda qalıblar.

- Azərbaycan heç müqavimət də göstərmədi.

- Heyif ki, Azərbaycan dünya çempionatında iştirak etmirdi. Bax onda biz də nəyə qadir olduğumuzu göstərərdik!

- Heç nəyi bəyənmirsiniz. 10:0 istəyirdiniz?

- Kimə lazım idi bu oyun? Elə Kerjakovun tarixə düşməsi üçün? Başqa heç bir səbəb görmürəm. Bəlkə Lüksemburqla oyuna hazırlıq məqsədi kimi də qələmə vermək olar.

- Dünyanın işinə bax. Bizimkilər başla qol vurmağa öyrəniblər. 

- İndi kim "cingirtisini çıxara bilər" ki, hiyləgər Dona dünyada ən yüksək məvacibi veririk? Axı biz Azərbaycanı məğlub etdik!

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər