Bu gün Türkiyədə növbəti İstanbul derbisi baş tutub. Fanat.az xəbər verir ki, "Qalatasaray"la "Beşiktaş" Super Liqanın XXII turu çərçivəsində üz-üzə gəlib.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 37-ci dəqiqədə "Qalatasaray"dan "Beşiktaş"a icarəyə verilmiş Dani Nounkeu Veysel Sarını kobudluqla dayandırıb və Cüneyt Çakır penalti təyin edib. Topa yaxınlaşan Selcuk İnanın zərbəsi dəqiq olub.
22 oyundan sonra "Qalatasaray" 44 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Beşiktaş" isə 42 xalla üçüncü yeri turur.
Qeyd edək ki, "Qalatasaray" və "Beşiktaş" bu gün 334-cü dəfə üz-üzə gəlib. Əzəli rəqabətin ilk matçı 1924-cü ilin 22 avqustunda "Taksim" stadionunda baş tutub və "Beşiktaş" 2:0 hesablı qələbə qazanıb. İndiyədək keçirilən 334 matçdan 117-də "Qalatasaray", 105-də "Beşiktaş" qəlib gəlib, 111 oyun sülhlə bitib. "Cim-Bom"un 471 qoluna "Qara Qartal" 441 dəfə cavab verib. Təfərlər Super Liqada 111 dəfə qarşılaşıb. Bu oyunlarda da "Qalatasaray"ın üstünlüyü var - 40 qələbə. "Beşiktaş" 30 oyunda sevinib, 41 qarşılaşmada komandalar hərəyə bir xal qazanıb. Top fərqi - 138:118.
Komandalar arasında ilk dövrədə baş tutmuş oyunda "Beşiktaş" "Qalatasaray"a 1:2 hesabı ilə uduzmuşdu. Lakin oyunun son dəqiqələrində azarkeşlər meydana çıxdığından matçın nəticəsi ləğv olunmuş və "Beşiktaş"a texniki məğlubiyyət verilmişdi - 0:3.
Türkiyə
Super Liqa
XXII tur
22 fevral
Qalatasaray - Beşiktaş 1:0
Qol: Selcuk İnan, 38-pen.
Qalatasaray: Fernando Muslera, Semih Kaya, Ceyhun Gülselam (Yekta Kurtuluş, 69), Aurelien Çedyu, Hakan Balta, Aleks Telles, Selcuk İnan, Felipe Melo, Uesli Sneyder (Gökhan Zan, 81), Burak Yılmaz, Didye Droqba.
Ehtiyat oyunçular: Aykur Erçetin, İzet Şayroviç, Umut Bulut, Emre Çolak, Sabri Sarıoğlu.
Baş məşqçi: Roberto Mançini.
Beşiktaş: Tolqa Zengin (Cenk Gören, 46), Pedro Franko, Dani Nounkeu, Necip Uysal, Ramon Motta, Atiba Hutşinson, Veli Kavlak, Gökhan Töre, Oğuzhan Özyakup (Ömer Şişmanoğlu, 80), Olcay Şahan (Manuel Fernandes, 68), Hüqo Almeyda.
Ehtiyat oyunçular: İsmail Köybaşı, Kerim Koyunlu, Uğur Boral, Serdar Kurtuluş.
Sarı vərəqələr: Ceyhun Gülselam, 53. Fernando Muslera, 90+11 - Dani Nounkeu, 38. Veli Kavlak, 71.
Baş məşqçi: Slaven Biliç.
Hakimlər: Cüneyt Çakır, Bahəddin Duran, Tarık Ongün, Süleyman Özay.
"Türk Telekom Arena". Saat 21.00.
Fanat.az