"150 milyon avro onun yox, Kilian Mbappenin qiymətidir" - Ceymi Karrager

"150 milyon avro onun yox, Kilian Mbappenin qiymətidir" - Ceymi Karrager

"Liverpul"un sabiq müdafiəçisi, hazırda ekspert qismində fəaliyyət göstərən Ceymi Karrager "qırmızılar"ın "Nyukasl"ın isveçli hücumçusu Aleksander İsakı transfer etməyə çalışmalarına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Sky Sports" belə çatdırıb:

"Liverpul"un Aleksander İsakı transfer etməsini istəyirəm. Amma 150 milyon avro onun yox, Kilian Mbappenin qiymətidir. Mbappeyə görə bu qədər ödəmək olar. Yəni bir azarkeş olaraq "Liverpul"un İsak üçün 150 milyon avro ödəməsinə qarşıyam".

Xatırladaq ki, ötən mövsüm bütün turnirlərdə 42 matça çıxan İsak 27 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 120 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər