Qrossmeysterimiz Çexiyada vahid lider oldu

Qrossmeysterimiz Çexiyada vahid lider oldu

Çexiyada "Praqa Open" şahmat festivalı davam edir.

Fanat.Az xəbər verir ki, ötən gün yarışda 7-ci turun görüşləri baş tutub. Azərbaycan təmsilçisi Azər Mirzəyev tur çərçivəsində malayziyalı Ren Lim ilə münasibətlərinə aydınlıq gətirib. Ağ fiqurlarla oynayan şahmatçımız rəqibinə qalib gəlib. 

Beləliklə, xalını 6,5-ə çatdıran Mirzəyev turnir cədvəlində vahid lider olub. Qrossmeysterimiz növbəti turda norveçli Olav Olsen Urkedal ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarışa 150-dən çox şahmatçı qatılıb. İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirə yanvarın 14-də yekun vurulacaq.

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər