Qələbə var, mərhələ yox: "Neftçi" turnirə "əlvida" dedi

Qələbə var, mərhələ yox: "Neftçi" turnirə "əlvida" dedi

Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulur.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Neftçi" mərhələnin cavab görüşünü Bolqarıstanda keçirib.

Belarusun "Dinamo Minsk" komandası təmsilçimizi Stara Zaqora şəhərində qəbul edib. "Beroye” stadionunda təşkil olunan matç komandamızın minimal hesablı qələbəsi ilə yekunlaşsa da mərhələ üçün kifayət olmayıb.

Yuri Vernidubun baş məşqçisi olduğu "ağ-qaralar" Bakıdakı ilk oyunda Minsk təmsilçisinə 2:4 hesabı ilə məğlub olub. 

Qeyd edək ki, "Dinamo Minsk" növbəti mərhələdə "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsi, cavab oyunu 30 iyul

Dinamo Minsk (Belarus) - Neftçi 0:1 

Qol: Breno AAlmeyda, 12.

Hakimlər: Tim Marşall, Georgios Arqiropulos, Rayan Kelsi, Şeyn Makqoniql (hamısı Şimali İrlandiya). Stara Zaqora. "Beroye” stadionu. (ilk oyun - 4:2)

"Dinamo": 1. İvan Şimakoviç, 44. Qleb Qurban, 12. Aleksey İvanov, 26. Vlaadislav Kalinin, 25. Abdul Aziz Ture, 8. Aleksandr Selyava (k), 78. Artyom Sokolovski, 42. Favaz Abdullahi, 30. Mustafa Cimet, 7. Yevgeni Malaşeviç, 10. Karen vardanyan

Ehtiyat oyunçular: 21. Danila Radkeviç, 3. Maksim Şetsov, 5. Danil Duşkevski, 9. Andrey Lutskoviç, 11. Quljiqit Alikulov, 13. Vlaadislav Poloz, 19. Rayan-Eli Quibero, 23. Aleksey Zençko, 24. Aleksey Vakuliç, 27. Mixail Aleksandrov, 67. Roman Bequnov, 80. Leonard Qvet

"Neftçi": 1. Emil Balayev, 3. Rüfət Abbasov, 17. Murad Xaçayev, 55. Endryu Qravilyon, 77. Mamadu Sako, 8. Emin Mahmudov (k), 18. İfeanyi Metyu, 20. Qustavo Klisman, 11. İmad Faraj, 33. Breno AAlmeyda, 29. Lyubomir Tupta

Ehtiyat oyunçular: 13. Kenan Piriç, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 5. İqor Ribeyro, 6. Sessi D`Alemyda, 7. Emil Səfərov, 14. Elvin Bədəlov, 19. Ağadadaş Salyanski, 24. Mustafa Sek, 82. Məhəmməd Məmmədli, 97. Bassala Sambu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər