"Qəbələ" "qapını möhkəm çırpdı"

"Qəbələ" "qapını möhkəm çırpdı"

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə start verilib.

Fanat.Az xəbər verir ki, “Qəbələ” də növbəti avrokubok matçına çıxıb.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Macarıstan “Fehervar”ı ilə görüşüb Səfərdə hesabı açmasına rəğmən, 1:4 hesabı ilə uduzan “qırmızı-qaralar” mərhələ evdə minimal hesabla qalib gəliblər. Bununla belə bölgə təmsilçisi mübarizəni dayandırmalı olub. 

Konfrans Liqası II təsnifat mərhələsi, cavab oyunu 28 iyul “Qəbələ” (Azərbaycan) – “Fehervar” (Macarıstan) 2:1

Qollar: Rövlan Muradov, 34. Felipe Santos, 72. - Zivzivadze, 44.

41-ci dəqiqədə Neqo penaltidən yararlana bilməyib.

"Qəbələ": 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 4. Ruan Renato, 5. İsnik Alimi, 6. Feras Abu Akal, 7. Rövlan Muradov, 10. Omar Hani, 11. Asif Məmmədov, 23. Rafael Utziq, 27. Məqsəd İsayev, 97. Felipe Santos

Ehtiyat oyunçular: 13. Kristof Atanqana-Assimba, 36. Elməddin Sultanov, 12. Rüfət Əhmədov, 14. Ülvi İsgəndərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov, 44. Salman Ələsgərov, 74. Süleyman Damadayev

Baş məşqçi: Elmar Baxşıyev

"Fehervar": 1. Daniel Kovaç, 5. Attila Fiola, 8. Yevgeni Makarenko, 9. Budu Zivzivadze, 11. Loik Neqo, 13. Artyom Şabanov, 22. Stopira, 23. Pal Darda, 31. Nikola Serafimov, 55. Marsel Heyster, 94. Klaudiu Bumba

Ehtiyat oyunçular: 42. Emil Rokkov, 6. Peter Pokornı, 7. İvan Petriak, 19. Kenan Kodro, 21. Ruben Pintu, 26. Mixael Lüftner, 29. Jolt Koynok, 65. Silvester Hanqya, 70. Funşo Bamqboye

Baş məşqçi: Mixael Boris

Hakimlər: Kristofer Yager, Robert Ştaynaxer, Santino Şrayner, Markus Hameter (Avstriya) Qəbələ şəhər stadionu İlk oyun – 1:4

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər