“Qəbələ”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsi üçün heyəti müəyyənləşib.
Fanat.Az xəbər verir ki, “qırmızı-qaralar” Macarıstanın “Fehervar” klubu ilə qarşılaşmalar üçün sifariş vərəqini UEFA-ya təqdim edib.
Siyahıda ümumilikdə 26 futbolçu yer alıb.
Qapıçılar
1. Səlahət Ağayev 13. Kristof Atanqana-Assimba 36. Elməddin Sultanov 22. Həsən Həsənli
Müdafiəçilər
2. İlkin Qırtımov 4. Ruan Renato 12. Rüfət Əhmədov 27. Məqsəd İsayev 28. Murad Musayev 33. Hüseyn Mürsəlov 34. Urfan Abbasov 44. Salman Ələsgərov 74. Süleyman Damadayev
Yarımmüdafiəçilər
5. İsnik Alimi 6. Feras Abu Akal 7. Rövlan Muradov 11. Asif Məmmədov 18. Mehrac Baxşalı 20. Rauf Rüstəmli 88. Gülağa Əsədov
Hücumçular
10. Omar Hani 14. Ülvi İsgəndərov 17. Yaovi Akakpo 23. Rafael Utziq 77. Emil Səfərov 97. Felipe Santos
Qeyd edək ki, “Qəbələ” “Fehervar”la ilk oyununu iyulun 21-də evdə, cavab matçını isə iyulun 28-də səfərdə keçirəcək.