"Qəbələ" böyük hesabla məğlub oldu

"Qəbələ" böyük hesabla məğlub oldu

"Qəbələ" bu gün Konfrans Liqasının II təsnifat mərhələsində "Fehervar"la (Macarıstan) ilk oyununa çıxıb. 

Fanat.Az xəbər verir ki, "Sosto Arena"da keçirilən görüşdə təmsilçimiz 1:4 hesabı ilə məğlub olub. 

İlk hissənin sonlarına doğru "Qəbələ"nin futbolçusu İlkin Qırtımov ağır zədə alıb. Rəqib oyunçu ilə toqquşmadan sonra 32 yaşlı müdafiəçinin dili qatlanıb. Ona ilk yardımı komanda yoldaşı Asif Məmmədov göstərib. "Qırmızı-qaralar"ın kapitanı dərhal müdaxilə edərək, Qırtımovun həyatını xilas edib. Futbolçu meydançanı xərəkdə tərk edib. Onun əvəzinə oyuna Rüfət Əhmədov daxil olub.

Qeyd edək ki, "Qəbələ" ilə "Fehervar" arasındakı cavab oyunu 1 həftə sonra Qəbələdə olacaq. 

Xatırladaq ki, qalib tərəf növbəti raundda “Petrokub-Hinçesti” (Moldova) - “Laçi” (Albaniya) cütünün qalibi ilə görüşəcək. 

Konfrans Liqası II təsnifat mərhələsi, ilk oyun

21 iyul

21:00 "Fehervar" (Macarıstan) - "Qəbələ" (Azərbaycan) 4:1 (İKİNCİ HİSSƏ)

Qollar: Kadro, 30; 74,  Adrian Rus, 67, Zivzivadze, 90+1 - Rafael Utziq, 16.

Qırmızı vərəqə: Murad Musayev, 86.

"Fehervar": 1. Daniel Kovaç, 4. Adrian Rus, 5. Attila Fiola, 7. İvan Petriak, 11. Loik Neqo, 13. Artyom Şabanov, 19. Kenan Kodro, 21. Ruben Pintu, 23. Pal Darda, 31. Nikola Serafimov, 55. Marsel Heyster

Ehtiyat oyunçular: 42. Emil Rokkov, 57. Martin Dala, 6. Peter Pokornı, 8. Yevgeni Makarenko, 9. Budu Zivzivadze, 22. Stopira, 29. Jolt Koynok, 65. Silvester Hanqya, 70. Funşo Bamqboye, 80. Boqdan Lednev (Ukrayna), 83. Bense Babos, 94. Klaudiu Bumba (Rumıniya)

Baş məşqçi: Mixael Boris

"Qəbələ": 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 4. Ruan Renato, 5. İsnik Alimi, 6. Feras Abu Akal, 7. Rövlan Muradov, 11. Asif Məmmədov, 23. Rafael Utziq, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 97. Felipe Santos

Ehtiyat oyunçular: 13. Kristof Atanqana-Assimba, 36. Elməddin Sultanov, 10. Omar Hani, 12. Rüfət Əhmədov, 14. Ülvi İsgəndərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov, 44. Salman Ələsgərov, 74. Süleyman Damadayev, 77. Emil Səfərov

Baş məşqçi: Elmar Baxşıyev

Hakimlər: Kaspar Syöberq, Maxs Robin Vilde, Andreas Svensson, Qranit Maqedonci (İsveç) "Sosto Arena"

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər