Putin azərbaycanlı iş adamına stadion tikdirir

Putin azərbaycanlı iş adamına stadion tikdirir
Rusiyada 2018-ci ildə keçiriləcək dünya çempionatının stadionlarını inşa edəcək şirkətlərin adları açıqlanıb. Fanat.az xəbər verir ki, həmin şirkətlərin arasında azərbaycanlı milyarder Araz Ağalarovun rəhbəri olduğu “Krokus İnterneşnl” şirkəti də var.
Ağalarovun şirkəti Rostov və Kalininqrad şəhərlərində dünya çempionatnın keçiriləcəyi stadion inşa edəcək. Stadionun tikintisi ilə bağlı açıqlama verən Ağalarov bildirib ki, ona ən çətin obyektlər düşüb: "Oradakı stadionlar 3 tərəfdən su ilə əhatə olunub və əlverişsiz yerdə yerləşir. Həmin ərazilərdə infrastruktur və kommunikasiya yoxdu".
Dünya çempionatı Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. Onlardan 5-i artıq hazırdı. Qalan 7 stadionun tikintisi Rusiyanın tanınmış iş adamlarına həvalə olunub. Həmin stadionlar Nijni-Novqorod, Volqoqrad, Kalininqrad, Samara, Saransk və Rostovda inşa olunacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər