Premyer Liqada 5 oyun: "Çelsi"dən dərs - Qollar burda

Premyer Liqada 5 oyun: "Çelsi"dən dərs - Qollar burda
İngiltərə Premyer Liqasında XXIX turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, ötən gün 5 oyun baş tutub.
Lider "Çelsi" "Tottenhem"i qəbul edib. Oyun "mavilər"in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Demba Banın dubl etdiyi oyunda Samuel Eto`O və Eden Hazar hərəyə bir qol vurub.
Uğursuz mövsüm keçirən "Mançester Yunayted" səfərdə "Vest Bromviç"i darmadağın edib - 3:0. "Qırmızı şeytanlar"ın heyətində Pil Yones, Ueyn Runi və Danni Velbek hərəyə bir dəfə fərqlənib.
"Kardiff Siti" evdə "Fulhem"i 3:1, "Sautqempton" səfərdə "Kristal Palas"ı 1:0 hesabı ilə yenib, "Norviç" - "Stok Siti" matçı 1:1 hesabı ilə başa çatıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər