Onur Çinə yollandı

Onur Çinə yollandı

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə növbəti təlim-məşq toplanışına yollanıb.

Fanat.Az Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Çində hazırlıq keçəcək.

Qeyd edək ki, bu gün Şanxay şəhərində yerləşən "China Table Tennis College" mərkəzində startı veriləcək toplanış yanvarın 19-da yekunlaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər