Niderland millisinin üzvü "Bayern Münhen"ə "yox" dedi

Niderland millisinin üzvü "Bayern Münhen"ə "yox" dedi

Müqavilə ilə PSJ-yə məxsus olan, son mövsümü icarə əsasında "Leyptsiq"də keçirən Xavi Simons "Bayern Münhen"in təklifini geri çevirib.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Florian Plettenberq yayıb. 

Mənbə Niderland millisinin üzvünün qarşıdakı mövsümdə də icarə əsasında "Leyptsiq"də oynayacağını vurğulayıb.

Xatırladaq ki, 2019-cu ildə "Barselona"dan ayrılan Simons PSJ-yə azad agent statusu ilə qoşulub. O, Fransa nəhənginin heyətində ümumilikdə 11 matça çıxaraq 1 məhsuldar ötürmə müəllifi olub. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər