"Nəticə əldə etmək üçün təkcə futbol savadının olması yetərli deyil" - Aslan Kərimov

"Nəticə əldə etmək üçün təkcə futbol savadının olması yetərli deyil" - Aslan Kərimov

"Neftçi"nin mövsümü nəinki titulsuz başa vurması, ümumiyyətlə avrokuboka vəsiqə əldə edə bilməməsi müzakirə olunmaqdadır.  Tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb onun "ağ-qaralar"ın uğursuzluğu barədə fikirlərini öyrəndik.

Kərimovun Fanat.Az-a açıqlaması belə oldu:

"Məsələlərə uğursuzluq olaraq yanaşmıram. Keçilən hər bir yol təcrübədir. Builki məqsədlərinə çata bilmədilər. Bu enişi necə yuxarıya çıxarmaq olar, bunu analiz etmək lazımdır. Kənardan baxıb səbəblər axtarmaq çətindir. Məşqçi və rəhbərlik arasında konfliktin olduğunu görə bilmədiyim üçün nəsə deyə bilmərəm. Amma ehtiyatda qalan oyunçular və əsas heyətdə yer alan futbolçularun baş məşqçi ilə arasında mümkün problemlərin olması uğursuzluqa yol açan amillərdən biri idi. Nəticə əldə etmək üçün təkcə futbol savadının olması yetərli deyil. İnsanlar arasında əlaqə qurmaq və uğura inandırmaq məsələsi həlledici rol oynayır. Məhz bu zaman uğur qazanmaq mümkündür. Bilmirəm, komandanın daxilində hansı problemlər var. Bunu bilmək üçün gərək komandanın içində olasan. İkinci bir məsələ səbirli qərar qəbul etməkdir. Baş məşqçinin planlarının özünü göstərməsi üçün zaman lazım olur".

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər