"Neftçi"nin rəqibi "Qəbələ"nin rəqibinə uduzdu

"Neftçi"nin rəqibi "Qəbələ"nin rəqibinə uduzdu

“Qəbələ” və “Neftçi”nin Avropa Konfrans Liqasındakı rəqibləri – Macarıstanın “Fehervar” və Kiprin “Aris” (Limassol) komandaları yoxlama oyununda üz-üzə gəliblər. 

Fanat.Az xəbər verir ki, sözügedən komandalar Sloveniya toplanışı çərçivəsində qarşılaşıb.   Üç qolun qeydə alındığı oyun “Fehervar”ın qələbəsiylə yekunlaşıb – 2:1. Macarıstan təmsilçisinin qollarını dubla imza atan Kenan Kodro (16 və 40-cı dəqiqələrdə) vurub. Limassol təmsilçisində isə 25-ci dəqiqədə Matiya Şpolyariç fərqlənib.

Xatırladaq ki, “Qəbələ” və “Neftçi” sözügedən komandalarla iyulun 21-də və 28-də qarşılaşacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər