Mustafa Dənizlinin istədiyi azərbaycanlı - ÖZƏL

Mustafa Dənizlinin istədiyi azərbaycanlı - ÖZƏL
Rəşad Eyyubovun yayda "Simurq"u tərk edəcəyi ilə bağlı məlumat vermişdik. Bunun səbəbi isə futbolçunun iddialı klublardan təklif almasıdı.
Artıq Rəşadı istəyən klublardan birinin adı müəyyəşib. Fanat.az-ın əldə etdiyi məlumata görə, "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli 21 yaşlı forvardın xidmətində maraqlıdı. Lakin Rəşad hələ hansı klubla müqavilə bağlayacağı ilə bağlı qərarını verməyib.
Qeyd edək ki, cari mövsümdə "Simurq"un heyətində 26 oyuna çıxan Eyyubov 5 qola imza atıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər