Mustafa Dənizli Azərbaycana qayıtmadı

Mustafa Dənizli Azərbaycana qayıtmadı

Mustafa Dənizlinin bu günə planlaşdırılan qayıdışı baş tutmayıb. Fanat.az xəbər verir ki, İstanbulda müayinə olunduğu deyilən mütəxəssisin qayıdış tarixi qeyri-müəyyən olaraq qalır.

Hazırda komandaya köməkçisi Oğuz Çətin başçılıq edir. Mayın 2-də "Rəvan"la matçda da komandanı meydana o çıxara bilər.

Qeyd edək ki, Dənizlinin "Xəzər Lənkəran"dan ayrılmaq istədiyi deyilir. Hətta onun yerini Mirça Rednikin tutacağı da iddia olunur.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər