Musiala "Bayern Münhen"lə danışıqları dayandırdı

Musiala "Bayern Münhen"lə danışıqları dayandırdı

"Bayern Münhen"in hücumçusu Camal Musiala klub rəhbərliyi ilə əməkdaşlığın uzadılması üçün apardığı danışıqları dayandırmaq qərarına gəlib. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Bild" yayıb.

Mənbənin məlumatına görə, futbolçu gələcəkdə komandanın əsas siması olacağına əmin deyil.

Musialanın "Bayern"lə hazırki müqavilənin müddəti 2026-cı ilin yayına kimi hesablanıb. Hücumçu komandanın ən bahalı oyunçularından biridir. Onun transfer dəyəri 110 milyon avro qiymətləndirilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər