Müllerin 15 illik "Bayern Münhen" macərası başa çatır

Müllerin 15 illik "Bayern Münhen" macərası başa çatır

"Bayern Münhen"in hücumçusu Tomas Müller klubu tərk edəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb. 

Xəbərə görə, Bundesliqa təmsilçisinin rəhbərliyi ona yeni sözləşmə təklif etməyib. 

32 yaşlı forvardın cari müqaviləsi 2023-cü ilin yayında başa çatır. Ancaq "Bayern Münhen" mövsümün sonunda Müller ilə vidalaşmağı planlaşdırır. 

Qeyd edək ki, Almaniya millisinin üzvü 2007-ci ildən "Bayern Münhen"in şərəfini qoruyur. Müller arxadan qalan 15 il ərzində 403 matçda iştirak edib və 135 qola imza atıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər