Mübariz Mənsimov “Beşiktaş” İdarə Heyətində təmsil olunacaq?

Mübariz Mənsimov “Beşiktaş” İdarə Heyətində təmsil olunacaq?

Azərbaycanlı iş adamı Mübariz Mənsimov “Beşiktaş”ın İdarə Heyətində təmsil oluna bilər.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, klub prezidentliyinə namizədliyini irəli sürən Sərdar Adalının “Xəzər Lənkəran”ın sahibinin İH-yə girməsi üçün razılığını aldığı bildirilir.

Əgər Mənsimov “Beşiktaş”da olsa, o zaman “Kasımpaşa” klubunun İdarə Heyətinin üzvlüyündən istefa verəcək.

Qeyd edək ki, klub prezidentliyinə seçkidə S.Adalını rəqibi “Beşiktaş”ın indiki rəhbəri Fikrət Ormandır.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər