Moreno "Bayern Münhen"lə səfər duelindən nə gözləyir?

Moreno "Bayern Münhen"lə səfər duelindən nə gözləyir?

“Vilyarreal”ın hücumçusu Jerar Moreno Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bayern Münhen”lə cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı 30 yaşlı ispaniyalı futbolçunun dediklərini belə çatdırıb: 

"Düşünürəm ki, bu matç fərqli alınacaq. Səfər qarşılaşması ilk oyun kimi keçməyəcək. Bizim üçün daha çətin olacaq. Onlara geridönüş lazımdır. "Bayern" hücumda çox təhlükəlidir. Onların bir çox oyunçusu daim irəli gedir. Çox dəqiq oynamalıyıq.

"Bayern"nin əla oyunçuları var. Münhenlilər çox qol vurur və hər zaman qalib gəlməyi bacarırlar".

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər