"Molde" böyük qüvvə ilə hücum etmək məcburiyyətində qalacaq" - Aslan Kərimov 

"Molde" böyük qüvvə ilə hücum etmək məcburiyyətində qalacaq" - Aslan Kərimov 

UEFA Avropa Liqasının qrup mərhələsinin H qrupunda yer alan "Qarabağ" noyabrın 30-da Norveçin "Molde" komandasının qonağı olacaq.

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi  Aslan Kərimovla əlaqə saxlayıb təmsilçimizin qrup mərhələsinin həlledici oyunu barədə nə düşündüyünü soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Biz Norveçdən uğurlu bir nəticə ilə qayıdacağıq. "Molde" doğma meydanda komandamızı qəbul etdiyi üçün bu onların üstünlüyüdür. Rəqib Almaniya nəhəngi "Bayer Leverkuzen" deyil. Bizim hücumçular Bakıda olduğu kimi qol imkanları yarada biləcəklər. Başqa şansımız yoxdur. "Molde"yə məğlub olsaq, demək olar ki, şanslarımızı itirəcəyik. Qrupdan çıxmaq üçün "Molde"yə qələbə lazımdır. Buna görə də rəqib böyük qüvvə ilə hücum etmək məcburiyyətində qalacaq. Bu da bizə yaxşı əks-hücumlara çıxmaq və boşluqlardan istifadə etmək imkanı yaradacaq. Bizim ən azı bərabərliyə nail olmaq şansımız var".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər