"CBC Sport Kuboku"na yekun vurulub. Fanat.az xəbər verir ki, son oyun günündə də bir görüş baş tutub.
Bu dəfə iki birinci divizion klubu üz-üzə gəlib. Belə ki, 1 xala malik MOİK və "Şərurspor" sonuncu olmamaq uğrunda mübarizə aparıb.
"Neftçi" çempionluğu özü üçün daha erkən təmin etmişdi. AZAL-ın da ikinci yeri tutduğu dəqiqləşmişdi. "Şərurspor" - MOİK cütünün qalibi isə həm də turnirin bürünc mükafatçısı olacaqdı. Bu uğura MOİK imza atıb. "Hərbçilər" rəqibini darmadağınla məğlub edərək, üçüncü yeri tutub - 3:0.
| 1 | Neftci | 4 | 3 | 1 | 0 | 7-4 | 10 |
| 2 | AZAL | 4 | 3 | 0 | 1 | 8-4 | 9 |
| 3 | Neftçala | 4 | 0 | 3 | 1 | 5-7 | 3 |
| 4 | MOİK | 4 | 1 | 1 | 2 | 5-5 | 4 |
| 5 | Şərurspor | 4 | 0 | 1 | 3 | 6-11 | 1 |
Fanat.az