MMA idmançısı Moskvada döyülüb - Sabah əməliyyat olunacaq

MMA idmançısı Moskvada döyülüb - Sabah əməliyyat olunacaq
Rusiyalı MMA döyüşçüsü Sergey Xaritonov Moskvada döyülüb.
Fanat.Az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
 
Xəbərə görə, sağ gözündən xəsarət alan və burnu qırılan 40 yaşlı idmançı xəstəxanaya yerləşdirilib.
Xaritonov noyabrın 15-də əməliyyat olunacaq. Ona beyin silkələnməsi diaqnozu da qoyulub.
Qeyd edək ki, polis əməkdaşları hazırda şübhəlini axtarır. Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər