Minsk "Dinamo"su ilə oyun ərəfəsində "Neftçi"də üzlər gülür

Minsk "Dinamo"su ilə oyun ərəfəsində "Neftçi"də üzlər gülür

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Minsk "Dinamo"su ilə üz-üzə gələcək "Neftçi"nin heyəti ilə bağlı son vəziyyət bəlli olub.

Klubun sözçüsü Asəf Zeynallının Fanat.Az-a verdiyi məlumata görə, hazırda flaqmanın sıralarında cəzalı və ya zədəli futbolçu yoxdur.

O, ukraynalı mütəxəssis Yuri Vernidubun çalışdırdığı kollektivin Belarus təmsilçisi ilə oyuna tam heyətlə hazırlaşdığını bildirib.

Qeyd edək ki, iyulun 22-də "Palms Sports Arena"da baş tutacaq "Neftçi" - "Dinamo" matçının start fiti 20:00-da səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər