Azərbaycan cüdoçusu Uşanqi Kokauri Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında yarımfinala yüksəlib.
100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda sloveniyalı Vito Draqiçi, ardınca hollandiyalı Roy Meyeri mübarizədən kənarlaşdırıb. O, yarımfinalda rusiyalı İnal Tasoyevlə güləşəcək.
Onun ardından qadın cüdoçu İrina Kindzerska (+78 kq) 1/4 finalda Sara Edlinqtondan güclü olub. Onun yarımfinaldakı rəqibi belaruslu Marina Slutskayadır.
90 kq çəki dərəcəsindəki Məmmədəli Mehdiyev 1/4 finalda türkiyəli Mikayıl Özerlərin, 100 kq çəki dərəcəsindəki Elmar Qasımov isə Cyrille Maretin müqavimətini qıra bilməyib. Onlar təsəlliverici görüşdə qüvvələrini sınayacaqlar. Mehdiyev isveçrəli Siril Qrossklausla, Qasımov isə monteneqrolu Danilo Pantiçlə üz-üzə gələcək.
Fanat.Az