"Kökümdə Azərbaycanla heç bir bağlılığım yox idi. Özüm Nettetalda anadan olmuşam və türkəm". Fanat.az xəbər verir ki, bu sözləri Almaniyanın "Fortuna" klubunun əsas heyətində çıxış edən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Tuğrul Erat deyib.
Türk əsilli futbolçumuz millmizə dəvət almasından danışıb: "Azərbaycan U-21-inin baş məşqçisi məni heyətində görmək istəyirdi. Milliləşməyim isə çox asan oldu. Onlara bir şəkil və bir neçə sənəd yolladım. Cəmi 2 həftə sonra mən azərbaycanlı idim”.
Ertat A millimizdə çıxış edəcəyini deyib: "Berti Foqts məni tezliklə Azərbaycanın əsas yığmasında görmək istəyir".
Qeyd edək ki, Erat Avro-2015-in seçmə mərhələsində U-21-in heyətində keçirdiyi 4 oyunda 3 qol vurub.
Fanat.az