Serbiyanın paytaxtı Belqrad şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyunu keçirib. Fanat.az xəbər verir ki, komandamız Serbiyaya qarşı ardıcıl ikinci oyununu keçirib.
Oyun millimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Amadeu, Vitali Borisov və Rəcəb Fərəczadə vurub.
Qeyd edək ki, bu komandalar arasında yanvarın 22-də keçirilmiş yoldaşlıq oyunu da millimizin xeyrinə yekunlaşmışdı - 4:1.
Fanat.az