Millimiz Yaponiya, Çexiya və Yunanıstana rəqib oldu

Millimiz Yaponiya, Çexiya və Yunanıstana rəqib oldu
2014-cü ilin yanvarında keçiriləcək futbol üzrə yeniyetmələr arasında Valentin Qranatkinin xatirəsinə həsr edilmiş XXVI beynəlxalq turnirin püşkatma mərasimi keçirilib. Fanat.az xəbər verir ki, 16 komanda 4 qrupa bölünüb.
Azərbaycan U-19-u C qrupunda yer alıb. Millimiz Yaponiya, Çexiya və Yunanıstan yığmaları ilə mübarizə aparacaq.
A qrupu: Belarus, İran, Slovakiya, Finlandiya.
B qrupu: Sloveniya, Estoniya, Rusiya, Moldova.
C qrupu: Azərbaycan, Yaponiya, Çexiya, Yunanıstan.
D qrupu: Ukrayna, Türkiyə, Sankt-Peterburq, Latviya.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər