Ağırlıqqaldırma üzrə Azərbaycan millisi növbəti dəfə diskvalifikasiya edilib. Fanat.Az xəbər verir ki, seçməmiz 27 noyabr - 5 dekabr aralığında Anahaymda keçiriləcək mundiala və qarşıdakı bir il ərzində bütün yarışlara kənardan baxacaq.
Çoxsaylı dopinq qalmaqalı ilə üzləşən ölkələrlə bağlı qərarı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) İcraiyyə Komitəsi verib. İdman Arbitraj Məhkəməsinin də İWF-ə 9 ölkə ilə bağlı sərt qərar verməyi tövsiyyə etməsi yığmamızı arzuolunmaz vəziyyətə salıb.
Türkiyə, Rusiya, Qazaxıstan, Belarus, Çin, Moldova, Ermənistan və Ukrayna da eyni aqibətlə üzləşib.Yığmamızın bu siyahıya düşməsinə səbəb 5 dopinq-testin müsbət nəticələnməsidi.
Fanat.Az