Millətlər Liqası: İtaliya İngiltərəni, Macarıstan Almaniyanı məğlub etdi

Millətlər Liqası: İtaliya İngiltərəni, Macarıstan Almaniyanı məğlub etdi

UEFA Millətlər Liqasının qrup mərhələsində 5-ci turun növbəti oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, A, B, C və D Liqalarında ümumilikdə 7 görüş reallaşıb.

A Liqasının 3-cü qrupunda Almaniya Macarıstanı, İtaliya isə İngiltərəni qəbul edib. Bu qrupda yalnız britaniyalılar qrup lideri olmaq şansını itirmişdi. İngiltərə yığması bu turda da İtaliyaya uduzmaqla B Liqasına düşüb. Macarlar isə Almaniyada da qələbə qazanmaqla dördlər finalında oynamaq şanslarını artırıb.

B Liqasının 3-cü qrupunda Bosniya və Herseqovina evdə Monteneqronu yenərək A Liqasına yüksəlib. Finlandiya isə Rumıniya ilə qollu bərabəliyə razılaşıb.

Gürcüstan millisi C Liqasının 4-cü qrupunda Şimali Makedoniyanı məğlub etməklə B Liqasında yerini təmin edib. Bolqarıstan isə Cəbəllütariqi darmadağın edib.

Nəhayət, D Liqasında Estoniya Maltanı qəbul edib. Meydan sahiblərinə C Liqasına yüksəlmək üçün heç-heçə də kifayət edirdi. Estonlar əsas hədəfinə qələbə sayəsində çatıb.

UEFA Millətlər Liqası Qrup mərhələsi, 5-ci tur 23 Sentyabr

A Liqası, 3-cü qrup

Almaniya – Macarıstan 0:1 Qol: Salai, 17.

İtaliya – İngiltərə 1:0 Qol: Raspadori, 68.

Xal: Macarıstan – 10. İtaliya – 8. Almaniya – 6. İngiltərə – 2.

B Liqası, 3-cü qrup

Bosniya və Herseqovina – Monteneqro 1:0 Qol: Demiroviç, 45+1.

Finlandiya – Rumıniya 1:1 Qollar: Pukki, 12 – Tanase, 52.

Xal: Bosniya və Herseqovina – 11. Monteneqro – 7. Finlandiya – 5. Rumıniya – 4.

C Liqası, 4-cü qrup

Gürcüstan - Şimali Makedoniya 2:0 Qollar: Miyovski, 35-öz qapısına. Kvaratsxeliya, 64.

Bolqarıstan – Cəbəllütariq 5:1 Qollar: Antov, 23. Despodov, 36. Kirilov, 52. Stefanov, 55. Petkov, 81 – Çipolina, 26.

Xal: Gürcüstan – 13. Şimali Makedoniya – 7. Bolqarıstan – 6. Cəbəllütariq - 1.

D Liqası, 2-ci qrup

Estoniya – Malta 2:1 Qollar: Sappinen, 45+6-pen. Anier, 86 – Teuma, 51-pen.

Xal: Estoniya – 9. Malta – 6. San Marino – 0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər