Milimiz Türkiyə və Çexiyaya rəqib oldu

Milimiz Türkiyə və Çexiyaya rəqib oldu
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Estoniyanın Parnu şəhərində təşkil olunacaq Avro Liqanın Super Final mərhələsində mübarizə aparacaq. Fanat.az xəbər verir ki, komandamız Rumıniya, Çexiya və Türkiyə ilə qarşılaşacaq.
Oyunlar avqustun 20, 21 və 22-də baş tutacaq. Artıq komandamızın heyəti açıqlanıb. Yığmamız səfərə 12 futbolçu ilə çıxacaq.
Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Vüsal İsmayılov, Amid Nəzərov, Orxan Məmmədov, Comərd Baxşəliyev, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Namiq İsgəndərov, Rüfət Məmmədov.
 
20 avqust, saat 14.30
Azərbaycan - Rumıniya
 
21 avqust, saat 13.15
Azərbaycan - Çexiya
 
22 avqust, saat 13.15    
Türkiyə - Azərbaycan
 
Qeyd edək ki, millimiz Macarıstanın Siofok şəhərində təşkil olunmuş Avropa Çimərlik Futbol Liqasının seçmə mərhələsində İngiltərəni 6:5, Rumıniyanı 6:2, Moldovanı isə 4:0 hesabı ilə yenib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər