"Fiorentina"nın yarımmüdafiəçisi Matias Vesino Milan "İnter"inə keçib. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, uruqvaylı artıq rəsmi sözləşməyə qol çəkib.
25 yaşlı futbolçu 2021-ci ilədək milanlıların uğurları üçün tər tökəcək. Almaniyanın ünlü "transfermarkt.de" portalına inansaq, "bənövşəyilər" bu keçiddən azı 24 milyon avro qazanıb.
Fanat.Az