"Şeffild Uenseyd"in prezidenti Milan Mandariç Britaniya mətbuatına açıqlama verib. Fanat.az xəbər verir ki, o, azərbaycanlı iş adamı Hafiz Məmmədovun bu kluba sahib çıxmasından sonra sövdələşmənin dondurulmasına dair suallara qapalı da olsa, aydınlıq gətirib.
Mandariç istirahət günlərini gözləməyi tövsiyə edib: "Ümid edirəm ki, mövsümün startı öncəsi - şənbə gününədək yeni məlumat verə biləcəyəm. Əlbəttə, klubumuzu sevən hər bir kəs kimi mən də narahatam. Ancaq həyəcanlanmağa əsas yoxdu. Səbirli olmalıyıq. Bilirəm ki, müqavilə imzaladığımız gündən 8 həftə ötüb. Ancaq əl-ələ verib çalışmalıyıq".
Fanat.az